2020-02-09 11:22

"Ölkədə elektriklə bağlı problem yoxdur"

Bakıda və Abşeron yarımadasında güclü küləyin başlanması ilə əlaqədar olaraq, "Azərişıq” ASC gücləndirilmiş iş rejimində çalışır.

Bunu səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, artıq ötən gündən etibarən "Azərişıq” ASC tərəfindəngücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Bununla yanaşı regionlarda növbətçilik yaradılıb. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı çağrı mərkəzinin əməkdaşlarının sayı artırılıb.

"İstehlakçılara müraciət edərək bildiririk ki, havaların küləkli-çovğunlu olduğu vaxtlarda yüksəkgərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər və qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar".

T.Müstafayev həmçinin əlavə edib ki, qabaqlayıcı tədbirlərimiz öz nəticələrini verir, təşkilatçılıq yüksək səviyyədədir. Dağətəyi rayonlara güclü qar yağsa da, hələ ki, elektriklə bağlı problem yaşanmayıb.

SON XƏBƏRLƏR


Yuxarı