2020-02-10 08:38

Güclü külək sərnişin təyyarəsinə sürət rekorduna imza atmağa kömək etdi

"British Airways” şirkətinə məxsus olan sərnişin təyyarəsi Nyu-Yorkdan Londona rekord sürətdə çatıb.

"Faktı” xəbər verir ki, aviarekorda səbəbBöyük Britaniya istiqamətində hərəkət edən Kyara qasırğası olub.

Nəticədə təyyarə saatda 1287 kilometr sürəti ilə hərəkət edərək Londona dörd saat 56 dəqiqə sonra çatıb.

Maraqlıdır ki, əks istiqamətə olan uçuşlar yeddi saat zaman alıb.

Bu marşrutla həyata keçirilən uçuşların ortalama müddəti altı saat 13 dəqiqə təşkil edir.
SON XƏBƏRLƏR


Yuxarı