2020-02-10 12:41

Azərbaycanda 26 yaşlı xanım deputat seçildi - FOTO

Azərbaycanda 26 yaşlı xanım deputat seçilib.

Pressa-nın xəbərinə görə, bu, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Milli Məclisə mandat qazanan Səbinə Xasayevadır.

Bu ilin martın 30-da onun 27 yaşı olacaq. Qeyd edək ki, S.Xasayevanın namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü.

S.Xasayeva Lökbatan Bələdiyyəsində sədr müavinidir.
SON XƏBƏRLƏR


Yuxarı