2020-02-10 09:01

MSK ilkin seçici fəallığını açıqladı

Azərbaycanda keçirilən parlament seçkilərində ilkin - saat 19:00-dək olan seçici fəallığı açıqlanıb.

Pressa-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.

O, qeyd edib ki, 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsində seçici fəallığı həmin saatadək 47,81% olub.

F.Orucov səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən bu saatadək 2547982 nəfərinin səs verdiyini deyib.
SON XƏBƏRLƏR


Yuxarı