2020-02-10 12:51

Aprel döyüşlərində ağır qəlpə yaraları almış Qarabağ qazisi vəfat edib

Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış Qarabağ qazisi Qoşqar Hacıyev vəfat edib. 

Pressa xəbər verir ki, qazinin qohumlarının yaydığı məlumata əsasən, o, dünən axşam saatlarında dünyasını dəyişib. 

Bildirilib ki, axşam vəziyyəti dəyişən qazi həkim müdaxilələrinə baxmayaraq həyatını itirib.

Qeyd edək ki, qazi həm Azərbaycanda, həm də Türkiyədə müalicəsini davam etdirirdi. Başında çoxsaylı qəlpələr olan Qoşqar Hacıyev uzun müddət komada qalıb.


SON XƏBƏRLƏR


Yuxarı