2020-02-10 15:57

Hava şəraiti Şəmkir-Gədəbəy yolunda hərəkəti çətinləşdirib - VİDEO

Bir neçə gündür qarlı şaxtalı hava Şəmkir-Gədəbəy yolunda avtomobillərin hərəkətini çətinləşdirib.

Pressa xəbər verir ki, Gədəbəydə keçirilən idman yarışından geri qayıdan və gecə saatlarında yolda qalan yeniyetmələrin köməyinə Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları gəlib. Yol polisləri uşaqları daşıyan nəqliyyat vasitəsinin hərəkətini təmin etməklə mənzil başına təhlükəsiz çatmasına şərait yaradıblar. Dağ rayonu olan Gədəbəydə qış mövsümü sərt üzünü göstərməkdədir. Şaxtalı hava səbəbindən xüsusi ilə axşam saatlarında Şəmkir-Gədəbəy yolunda avtomobillərin hərəkəti xeyli çətinləşir. Ötən gecə müşahidə olunan hava şəraiti bir neçə nəqliyyat vasitənin yolda qalmasına səbəb olub. Yolda qalanlar sırasında Gədəbəydən idman yarışından qayıdan yeniyetmələrdə olub. Ərazidə xidmət aparan Şəmkir rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları sərnişin daşıyan avtobusun yolda qaldığını görüb və dərhal həmin nəqliyyat vasitəsinə yaxınlaşaraq əvvəlcə uşaqları ərazidən uzaqlaşdırıblar.

Şəmkir rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin inspektoru Cabir Baxışov Pressa-ya bildirib ki, hava şəraiti əlverişsiz olduğu üçün bizdə xidmətimizi Yasamal aşırımı adlanan ərazidə təşkil etmişdik. "Xidmət apardığımız zaman kiçik tutumlu mikroavtobusun yolun kənarında dayandığını gördük. Dərhal onlara yaxınlaşdıq. İçərisində azayaşlı uşaqların olduğunu gördük. Avtomobil hərəkət edə bilmədiyi üçün biz onları patrul maşınları ilə aşağı düşürdük. Daha sonra avtobusu köməkliyimizlə hərəkətini bərpa etdik” – o bildirib.

Bir müddət uşaqlara xüsusi yardımda bulunan yol polisləri onları isti çay və qıda ilə təmin ediblər. Daha sonra nəqliyyat vasitəsinin hərəkətinin bərpa eidlməsi istiqamətində səfərbər olunublar. Beləcə qısa zaman kəsiyində nəqliyyat vasitəsinin təhlükəsiz hərəkəti bərpa olunub.

Gecə saatları olmasına baxmayaraq yol polisləri digər nəqliyyat vasitələrinin sürücülərilə təbliğat xarakterli söhbətlər aparıb. Havaların yol polisləri xüsusilə də dağ rayonlarına hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə qış mövsümünə uyğun təhlükəszilik qaydalarına əməl olunmasını tövsiyyə edir.

SON XƏBƏRLƏR


Yuxarı