2020-02-11 10:31

Suriya sərhədində aktivlik: Türkiyəli xüsusi təyinatlılar bölgəyə göndərildi

Türkiyənin Suriyanın İdlib şəhəri ilə sərhəddə yerləşən Hatay bölgəsində hərbi aktivlik müşahidə olunur.

Bu barədə "Haber Global” məlumat yayıb.

Məlumata görə, Türkiyənin fərqli bölgələrindən göndərilən çox sayda xüsusi təyinatlının olduğu hərbi maşın karvanı Hatayın Reyhanlı rayonuna çatıb.

Karvan geniş təhlükəsizlik tədbirləri ilə İdlibdəki müşahidə məntəqələrinə yönləndirilib. Hərbi maşın karvanına siqnal kəsici hərbi maşınlar və zirehli hərbi ambulanslar da daxildir.  
SON XƏBƏRLƏR


Yuxarı