2020-02-14 11:09

“Avrora Qrup” uşaq xərçəngi ilə mübarizə gününə qoşulub - FOTO

Hər il 15 fevral dünyada və ölkəmizdə Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd olunur.

Bununla əlaqədar bütün dünya xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə dəstək olaraq uşaqlara sevinc və təbəssüm bəxş etməyə çalışır.

Bu günə diqqət çəkmək, xərçəng xəstəlikli uşaqların yanında olduğunu göstərmək üçün Avrora Qrup kollektivi Uşaq Onkoloji Klinikasında müalicə alan balacaların ziyarətinə gedib. Buradakı uşaqları sevindirmək və dəstək olmaq üçün onların arzuladıqları oyuncaqlar və müxtəlif növ hədiyyələr təqdim edilib. Bundan başqa uşaqları əyləndirmək, onların əhval-ruhiyyəsini qaldırmaq üçün görüşə cizgi filim personajları da dəvət olunmuşdu. 

"Avrora Qrup” 2020-ci ilin korporativ sosial məsuliyyət planında uşaqlara xüsusi yer ayıraraq, bu istiqamətdə silsilə tədbirləri davam etdirməyi qarşısına məqsəd qoyub. Məqsəd sosial təminatı zəif, şəhid övladları və kimsəsiz uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.

Məlumat üçün bildirək ki, "Avrora Qrup” 1993-cü ildən distribüter və dağıtım şirkəti kimi fəaliyyət göstərir. Bununla yanaşı şirkət ölkəmizdə ən böyük qida istehsalçılarından biridir. "Avrora Qrup”-a məxsus makaron fabriki, qənnadı fabriki, içkilər zavodu, un və yem istehsalı zavodu vardır. "Avrora Qrup”-a eyni zamanda ölkəmizin ən böyük marketlər şəbəkəsindən biri olan Bolmart və Grandmart supermarketləri də daxildir.
SON XƏBƏRLƏR


Yuxarı