2020-02-20 17:15

Alimlərdən bədbin proqnoz: 20 il ərzində mərcan riflərinin əksəriyyəti məhv olacaq

Alimlər belə nəticəyə gəliblər ki, dünyada ümumi temperaturun qalxması və suda turşuluğun artması səbəbindən mərcan riflərinin əksəriyyəti məhv olacaq.

"Phys” xəbər verir ki, iqlim dəyişikliyi səbəbindən mərcan riflərinin 70-90 faizi artıq 20 il ərzində yox olacaq.

2100-cü ilədək isə dünyada, demək olar ki, mərcan rifi qalmayacaq.

Alimlər bunun qarşısını almaq üçün laboratoriyalarda mərcan yetişdirərək, ölmüş mərcanları onlarla əvəz edirlər.

Onların sözlərinə görə, 2100-cü ilə mərcanların yaşaması üçün dünyada iki-üç yer qalacaq.
SON XƏBƏRLƏR


Yuxarı