2020-02-21 17:27

Aslan Abbaszadə "Gənclərin Dostu Milli Mükafatı"na layiq görüldü

Gənclər Mərkəzinin İctimai Birliyinin tərkibində yaradılan Gənc Sahibkarlar Klubununun illik hesabat tədbiri keçirilib.

Tədbirdə millət vəkilləri, media kapitanları, gənc iş adamları, həkimlər, vəkillər, incəsənət xadimləri və jurnalistlər iştirak edib.

Tədbir Gənc Sahibkarlar Klubunun koordinatoru Anar Sarıyevin çıxışı ilə başlayıb.

Anar Sarıyev çıxışı zamanı Gənc Sahibkarlar Klubunun bir illik fəaliyyəti və gələcək planları barəsində məlumat verib.

O, bildirib ki, ölkə başçısı və Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyeva tərəfindən gənclərə və gənc sahibkarlara xüsusi qayğı göstərilir: "Biz gənclər hər birimiz cənab prezidentin əsgəriyik. Daim cənab prezidentin ətrafında sıx birləşərək onun uğurlu siyasətini dəstəkləyirik".

Daha sonra tədbirdə çıxış edən millət vəkilləri Adil Əliyev, Azər Badamov, Eldəniz Səlimov və "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dövlət tərəfindən gənclərə və sahibkarlara göstərilən dövlət qayğısından danışıb.

Tədbirin sonunda millət vəkillərinə, ictimai xadimlərə, media kapitanlarına, gənc həkimlərə, vəkillərə və jurnalistlərə Gənclər Mərkəzi İctimai Birlik tərəfindən "Gənclərin Dostu Milli Mükafatı" təqdim olunub. Bu mükafat 10 ildir ki, millət vəkillərinə, həkimlərə, vəkillərinə, media kapitanları və aktiv ictimai fəaliyyəti olan şəxslərə verilir.

Mükafat alanlar arasında Faktor.az xəbər portalının baş redaktoru, tanınmış jurnalist Aslan Abbaszadə də olub.

SON XƏBƏRLƏR


Yuxarı