2020-02-24 10:28

Türkiyədə zəlzələ olub

Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.

"Anadolu Ajansı”ın yaydığı məlumata görə, yeraltı təkanın yerli vaxtla 05:43-də baş verdiyi bildirilir.

Episentri yerin 7 kilometr dərinliyində olan zəlzələ zamanı dağıntıların və tələfatın olmadığı qeyd edilib.

Qeyd edək ki, ötən gün yerli vaxtla 15:40-da Akhisar rayonunun Karabörklü məhəlləsində də 4,5 bal gücündə zəlzələ baş verib.
SON XƏBƏRLƏR


Yuxarı