2020-03-12 11:34

Sabah Milli Məclis toplanır

Milli Məclisin martın 13-də keçiriləcək iclasının gündəliyinə 18 məsələ daxil edilib.

Bu barədə Pressa-ya parlamentdən məlumat verilib.

İclasda "Əmanətlərin sığortalanması haqqında” qanunun vaxtının uzadılması barədə qanun layihəsi müzakirəyə çıxarılacaq.

"Ombudsman haqqında” Konstitusiya qanununa dəyişiklik də müzakirə olunacaq.

Bundan başqa, sabah Milli Məclisin komitələrinə üzvlər seçiləcək.
SON XƏBƏRLƏR


Yuxarı