2020-03-15 19:03

"Bu cür insanların əməyinə qiymət verməli, onların qədrini bilməliyik"

Dünyada elə insanlar var ki, çoxları onun yerində olmaq istəyir. Amma əksəri anlamır ki, buna nail olmaq üçün əmək verməlisən, gecə-gündüz öyrənməlisən, yorulmadan, usanmadan çalışmalısan. Bunu anlamırlar deyə, o məqama da çata bilmirlər. Bu təcrübədən sonra həmin şəxsin cəmiyyət üçün, Vətən üçün önəmini çox az insan anlasa da, bir çoxları təəssüf ki, paxıllıq kimi primitiv hisslərə qapılır.

Mətbuat Şurasının sədri, dəyərli ziyalımız Əflatun müəllim də media cameəsində çoxları üçün örnəkdi. Bu cür insanların əməyinə qiymət verməli, onların qədrini bilməliyik. Çünki yüksəldikcə müvazinətini qorumağı, vəzifəsi artdıqca xalqa daha da yaxın olmağı hər KİŞİ bacarmır. Var olduğunuza və mətbuatımız üçün elədiklərinizə görə, sizə minnətdarıq, müəllim!

Faktor.az saytının Baş Redaktoru və Təsisçisi
Aslan Abbaszadə
SON XƏBƏRLƏR


Yuxarı