2020-03-20 13:27

Azərbaycanla sərhəddə əlavə karantin zonası yaradılır

Gürcüstan hökumətinin qərarı ilə ölkənin quru sərhəd-keçid məntəqələri yaxınlığında əlavə karantin zonaları yaradılacaq.

Pressa Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.

Onun sözlərinə görə, əlavə karantin yerləri "Lars”, "Qırmızı körpü” və "Sarp” sərhəd-keçid məntəqlərinə yaxın ərazilərdə təşkil olunacaq.

İ.Çikovani qeyd edib ki, bu, koronavirusla bağlı vəziyyəti daha yaxşı idarə etməyə imkan verəcək.
SON XƏBƏRLƏR


Yuxarı