2020-03-30 11:31

Hərbi xidmətə çağırış saylarının iki dəfə azaldılması təklif olunur

"Dünyanın heç bir yerində həqiqi hərbi xidmətə 4 dəfə çağırış yoxdur. Çağırış iki dəfə olur: yaz və payız çağırışları”.

Pressa xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycanda da həqiqi hərbi xidmətə çağırış iki dəfəyə keçirilməlidir:

"Çünki o vaxt zərurət vardı. Orduda xidmət etməyə insanlar çatışmırdı. İndi isə artıq insanlar hərbi xidmət keçmək üçün müraciət edirlər. Bu da insanlarımızda hərbi vətənpərvərlik ruhunun çox olduğunu göstərir”.
SON XƏBƏRLƏR
Ay tutulacaq
2020-05-25


Yuxarı