2020-03-30 11:56

Bakıda karantini pozan 428 nəfər və 98 obyekt cəzalandırıldı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-də 26 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan beşi əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Narkotiklərlə əlaqəli üç, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri axtarışda olduğuna görə bir nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan bir nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 428 nəfərə, o cümlədən, 98 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.
SON XƏBƏRLƏR
Ay tutulacaq
2020-05-25


Yuxarı