2020-03-31 17:48

Ruhani: “Koronavirusa yoluxanlar özlərini təcrid etməlidir”

"İrandakı koronavirus xəstələri özlərini təcrid etməyə məcburdurlar”.

Bunu İran Prezidenti Həsən Ruhani IRINN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, vətəndaşlar testin müsbət nəticə verdiyi halda özlərini təcrid etməlidirlər:

"Əgər özünü yaxşı hiss etmirsə, təbii ki, xəstəxanaya getsin, yaxşı hiss edirsə, evdə karantində qalsın”.

Prezidentin sözlərinə görə, vəziyyətindən asılı olmadan xəstə adam çölə çıxmamalıdır.

O, təcridetmə rejimini pozanların qanuna müvafiq şəkildə cəzalanacaqlarını deyib.
SON XƏBƏRLƏR
Ay tutulacaq
2020-05-25


Yuxarı