2020-05-05 15:11

AzTV-nin aparıcısı Milli Məclisin mətbuat katibi təyin olunub

Xəbər verdiyimiz ki, Milli Məclisin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Pressa-nın məlumatına görə, yeni təyinat alan Elnar Məmmədov AzTV-nin əməkdaşıdır.

O, dövlət televiziyasının Beynəlxalq əlaqələr departamentinin rəisidir. Eyni zamanda, "Əsas məsələ”, "Hədəf” verilişlərinin aparıcısıdır.

Qeyd edək ki, Akif Təvəkküloğlu 2006-cı ildən Milli Məclisin mətbuat katibi idi. O, MM sədri Sahibə Qafarovanın sərəncamı ilə vəzifəsindən azad edilib.
SON XƏBƏRLƏR


Yuxarı