2020-05-13 15:05

“Fənərbağça”da koronavirusa yoluxanların sayı artdı

Türkiyənin "Fənərbağça” futbol klubunda koronavirusa yoluxanların sayı üç nəfərə çatıb.

"Milliyet” nəşri yazır ki, bu gün klubun idarə heyətində təmsil olunan şəxslərdən birinin COVID-19 testi müsbət çıxıb.

Karantinə alınan klub rəsmisi müalicəsini evdə davam etdirir. O, bir neçə gündən sonra yenidən koronavirus testindən keçiriləcək.

Bundan əvvəl "Fənərbağça”nın adları açıqlanmayan daha iki üzvünün COVID-19 testinin müsbət çıxması barədə məlumat yayılmışdı.
SON XƏBƏRLƏR
Ay tutulacaq
2020-05-25


Yuxarı