2020-05-14 11:54

Karantində Əməkdar artistin evində iftar süfrəsində olan Hacı Surxay: “Üç nəfər olmuşuq” - AÇIQLAMA + VİDEO

Əməkdar artist Vasif Məhərrəmli evində iftar süfrəsi verib.

Pressa xəbər verir ki, sənətçi ilahiyyatçı Hacı Surxay Məmmədlini evinə dəvət edərək, iftar süfrəsi açıb.

Bu barədə Hacı Surxay "Instagram” hesabında canlı efir açaraq, məlumat verib.

"Hörmət etdiyim dəyərli dostum və qardaşım Vasif Məhərrəmlinin evinə ailəlikcə gəlmişik. Vasif iftar süfrəsi açıb. Hər il onun evində iftar süfrəsini Allah bizə lütf edir. Bu dəfə də əhya gecəsinə təsadüf etdi”, - deyə S.Məmmədli bildirib.

Hacı Surxayın çıxışını Əməkdar artist sosial media hesabında paylaşaraq, "Allah hər zaman səni uca etsin, əziz dostum” sözlərini qeyd edib.


SON XƏBƏRLƏR
Ay tutulacaq
2020-05-25


Yuxarı