2020-05-15 11:15

Füzulidə 11 yaşlı qız çayda batıb

Füzuli rayonunda 11 yaşlı qız çayda batıb.

Pressa-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsi ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızının batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
SON XƏBƏRLƏR
Ay tutulacaq
2020-05-25


Yuxarı