2020-05-19 11:17

Ermənistanda koronavirusa yoluxanların sayı 5 mini ötüb

Ermənistanda son sutka ərzində 218 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, 3 nəfər ölüb. 

Pressa-nın xəbərinə görə, bu barədə "Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 5041 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 64 nəfərə çatıb.

Koronavirusdan sağalanların sayı 2164 nəfərdir.
SON XƏBƏRLƏR
Ay tutulacaq
2020-05-25


Yuxarı