2020-05-19 11:25

Gürcüstan bu il Azərbaycandan 803 min kubmetr qaz idxal edib

Bu ilin yanvar-aprel aylarında Gürcüstanın Azərbaycandan qaz idxalı illik müqayisədə 54 490 kubmetr və ya 6,3% azalaraq 802 768,1 kubmetr təşkil edib.

APA-nın  xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Hesabat dövründə Gürcüstanın Azərbaycandan idxal etdiyi qazın dəyəri 136 822,3 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9 701,1 min dollar və ya 6,6% azdır.

Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 146 523,4 min dollar dəyərində 857 258,1 kubmetr qaz idxal edib.
SON XƏBƏRLƏR
Ay tutulacaq
2020-05-25


Yuxarı