2020-05-21 17:00

İlham Əliyevdən Baş Prokurorluğa YENİ TƏYİNATLAR

Baş prokurora yeni müavinlər təyin olunub.

Pressa-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Elçin Məmmədov Baş Prokurorun birinci müavini təyin edilib.

Buna qədər Baş Prokurorun birinci müavini Rüstəm Usubov olub.

Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin edilib.

N.Rəcəbov, həmçinin, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bu təyinatlara qədər Elçin Məmmədov Lənkəran, Elmar Camalov isə Mingəçevir şəhər prokuroru vəzifəsində çalışıblar. N.Rəcəbov isə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi olub.
SON XƏBƏRLƏR
Ay tutulacaq
2020-05-25


Yuxarı