2020-05-25 14:58

Dağıstanda qalan vətəndaşlarımızla bağlı AÇIQLAMA

Dünyada koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Yoluxma sayına görə dünyada ilk yerdə ABŞ, ikinci yerdə isə şimal qonşumuz Rusiya gəlir. Eyni zamanda koronavirusla bağlı Dağıstanda da vəziyyət elə də ürək açan deyil. Azərbaycana qayıtmaq istəyən vətəndaşlar Dağıstan sərhədinə toplanırlar. Bu isə onların həyatları üçün təhlükə hesab edilir.

Məsələ ilə bağlı açıqlama verən Dağıstan Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Xosrov Qasanbekov bildirib ki, sərhəddə yaranan problem qısa müddət ərzində öz həllini tapacaq:

"Yaranmış vəziyyət Dağıstan Respublikasının rəhbərliyinin nəzarəti altındadır. Azərbaycan vətəndaşlarının problemi ilə bağlı müvafiq qurumlar məşğul olurlar. Bununla yanaşı Dərbənddə çadır şəhərciyində saxlanılan azərbaycanlıların bütün zəruri ehtiyyacları ödənilir. Onların mərhələli şəkildə sərhədi keçmələri üçün bütün zəruri addımlar atılır və yaxın günlərdə bu problem öz həllini tapacaq".

SON XƏBƏRLƏR


Yuxarı