2020-05-29 15:33

Türkiyə çimərliklərində siqaret və qəlyan qadağan ediləcək

Türkiyədə 1 iyun tarixindən etibarən parklar, restoranlar, kafelər, çimərliklər və hovuzların açılması ilə yanaşı yeni qaydalar tətbiq olunacaq.

Pressa "Hürriyet”ə istinadən xəbər verir ki, Antalyanın Konyaaltı rayonunda yerləşən ən böyük çimərliyində istirahət mövsümunə hazırlıqlar artıq başlayıb. Çimərlikdə "lejanka”lar hər ailə üçün 9 kvadrat metr sahə ayrılmaqla yerləşdiriləcək və hər istifadədən sonra dezinfeksiya ediləcək. Şəxsi dəsmallarda günəşlənmək qadağan olunacaq.

Bundan əlavə, çimərlikdə siqaret çəkmək də qadağan olunacaq. Bildirilib ki, buna səbəb siqaret kötükləri yığarkən təmizləyicilərin koronavirusa yoluxma riski altında qalmasıdır. Qeyd olunub ki, siqaretdən əlavə çimərlikdə qəlyan çəkmək də qadağan ediləcək. Su idman növlərinin hansı növlərinə icazə veriləcəyi barədə hələ ki, məlumat verilməyib. 

Həmçinin antikoronavirus sertifikatından keçən türk otellərin iyun ayından etibarən fəaliyyətə başlaya biləcəyi bildirilib.
SON XƏBƏRLƏR


Yuxarı