2020-07-03 17:11

Ramin Bayramlı: “Sağalanların sayında artım var”

"22-28 iyun tarixləri arasında sağalanların sayında artım qeydə alınıb”.

Pressa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

R.Bayramlının sözlərinə görə, bu, sərt karantin rejiminin ilk həftəsində yoluxma sayının nisbətən stabil saxlanıldığını göstərir:

"Düşünürük ki, mənfi dinamika aradan qaldırılacaq. Bununla əlaqədar sərt karantin rejiminin yoluxma ilə sağalma sayları arasındakı ciddi fərqi azaldacağını düşünürük”.
SON XƏBƏRLƏR


Yuxarı