2020-07-17 12:01

“Əsgərə Məktub” layihəsi davam edir - VİDEO

"ASAN Könüllüləri” Təşkilatının "Əsgərə Məktub” layihəsi çərçivəsində şanlı Aprel döyüşlərində olduğu kimi hazırki vəziyyətdə də xalqımızın birliyini simvolizə edən bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaq.

Pressa xəbər verir ki, layihə ilə bağlı "ASAN xidmət” mərkəzlərinin könüllüləri və xidmət üçün müraciət edən vətəndaşlarımız tərəfindən Vətənimizin keşiyində duran mərd əsgərlərimizə 1000 - dən çox məktub ünvanlanıb.

ASAN könüllüləri bu təşəbbüsün ölkəmizin qazanacağı böyük qələbəyə kiçik töfhə olacağına inanırlar.


SON XƏBƏRLƏR


Yuxarı