2020-07-23 10:40

Azərbaycanda məşhur musiqiçi ölüm ayağındadır - FOTO

Nağara ifaçısı Zöhrab Məmmədovun səhhəti pisləşib.

Pressa xəbər verir ki, bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu instaqram səhifəsində paylaşım edib.

O, fotonu paylaşaraq insanları və Hacı Nuranı sənətçiyə kömək etməyə səsləyib:

"Azərbaycan nağara sənətinin ən öndə duran sənətkarlarından biri Zöhrab Məmmədovun köməyə ehtiyacı var. Üzümü tuturam ilk növbədə imkanlı şəxslərə sonra da Hacı Nurana. Yardımı ancaq populyar oxuyanlara yox belə sənətkarlara da etmək lazımdır. Axı o, Azərbaycanın sərvətidir. O, həqiqətən xəstədir, başqaları kimi yalandan aldatmır".

Qeyd edək ki, 73 yaşlı musiqiçinin müalicəsi üçün maddi yardıma ehtiyacı var. Nağaraçının yaxınları bununla bağlı "Facebook"da yardım kampaniyasına başlayıblar. Sənətçinin təcili əməliyyata ehtiyacı var.


SON XƏBƏRLƏR


Yuxarı