2020-07-27 11:55

“Moody’s” Azərbaycanın reytinqinə yenidən baxıb

"Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın dövrü reytinqinə yenidən baxıb.

Pressa xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, qaydalara uyğun olaraq belə yoxlamalar ildə bir dəfə, Avropa İttifaqı (Aİ) ilə bağlı sub-təşkilatlarda isə 6 ayda bir dəfə həyata keçirilir.

"Moody’s” bəyan edib ki, bu baxış Azərbaycanın kredit reytinqi və onun proqnozu ilə bağlı indi və yaxın gələcəkdə hər-hansı yeniliyin olması anlamına gəlməməlidir.

Qeyd edək ki, Azərbaycanın kredit profili (emitentin reytinqi Ba2) ölkənin "ba3” reytinqi üzrə iqtisadi gücünü əks etdirir.
SON XƏBƏRLƏR


Yuxarı