2020-07-29 17:41

Kuarejma Türkiyə klubundan getdi

Türkiyənin "Kasımpaşa" klubu Rikardu Kuarejma ilə vidalaşıb.

Pressa İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə başa çatmış müqavilə yenilənməyib.

Klub 36 yaşlı futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Kuarejma "Kasımpaşa"ya ötən yay "Beşiktaş"dan keçmişdi.
SON XƏBƏRLƏR


Yuxarı