2020-07-30 11:07

Daha bir ölkədə koronavirusla bağlı indiyə qədər görünməmiş rekord artım

Avstraliyada son 24 saat ərzində 744 nəfərə yeni növ koronavirus diaqnozu qoyulub, 13 nəfər bu xəstəlikdən həyatını itirib.

"Anadolu” agentliyi xəbər verir ki, sözügedən rəqəmlər virus yayılan ilk gündən bəri ən yüksək göstəricidir.

Ölənlərin 10-u qocalar evlərinin sakini olub.

13 nəfərin öldüyü Melburnun ətrafında koronavirusun daha çox əraziyə yayılmasının qarşısını almaq məqsədilə qadağalar sərtləşdiriləcək.

Virusun geniş yayıldığı Viktoriya ştatında iki min evsiz şəxs hotellərə yerləşdirilmişdi. Onların 2021-ci ilin aprelinə qədər həmin hotellərdə qalacağı bildirilir.
SON XƏBƏRLƏR


Yuxarı