2020-07-30 13:27

Bu gün müsəlman dünyasında Ərəfə günü qeyd olunur

Bu gün müsəlman dünyasında Ərəfə günü qeyd olunur.

Pressa xəbər verir ki, Ərəfə günü il ərzində ilahi rəhmətin insanlara ən çox şamil olunduğu günlərdən biridir.

Hər il hacılar Ərəfə səhrasına gedir və orada gün batana qədər ibadət edirdilər. Lakin bu il dünyada baş verən koronavirus xəstəliyi ilə əlaqədar Məkkəyə zəvvarların gəlişi qadağan edilib.

Ümumiyyətlə isə hədislərdə var ki, bu gün on ikinci İmam Həzrəti Mehdi (ə) da burada hacılarla birlikdə olur, hacıların rəhbəri olur.

Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) son həccində isə islam peyğəmbəri özü müsəlmanların həcc rəhbəri olub. Tarixi sənədlərə əsasən, Həzrət Məhəmməd (s) Ərəfə günü hacılarla birlikdə Ərəfə çölündə olub. Həzrət bu günü və bu səhranı son dəfə görüb. Həzrət Peyğəmbər son həcc mərasimində hacılara belə müraciət edib: "Ey camaat, məni dinləyin. Bəlkə sizi bir də burada görə bilmədim.

Bilin ki, hamınız Allahın hüzuruna qayıdacaqsınız, yaxşı və pis əməllərimizə qiymət veriləcək. Mən sizə vəsiyyət edirəm ki, kimin yanında əmanət varsa, sahibinə qaytarsın.

Ey camaat, unutmayın, riba yemək islamda təkidlə haram buyurulub. Şeytana itaət etməkdən çəkinin!

Sizə vəsiyyət edirəm ki, qadınlara yaxşılıq edin, çünki onlar sizin əllərinizdə Allahın əmanətidirlər.

Sizin üçün iki əmanət qoyub gedirəm. Biri Allahın kitabı, digəri isə Əhli-beytimdir".

SON XƏBƏRLƏR


Yuxarı