2020-07-30 14:56

“Trabzonspor”un oyunçuları qələbəni “kolbastı” ilə qeyd etdilər -VİDEO

Futbol üzrə Türkiyə Kubokunu qazanan "Trabzonspor” komandası qələbəni maraqlı tərzdə qeyd edib.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

"Trabzonspor”un futolçuları "Aytemiz Alanyaspor”u 2:0 hesabı ilə məğlub etdikləri final qarşılaşmasından sonra soyunub-geyinmə otağında bölgənin ən populyar rəqslərindən sayılan "kolbastı” oynayıblar.

Xatırladaq ki, "Trabzonspor” 10 illik fasilədən sonra doqquzuncu dəfə Türkiyə Kubokuna sahib olub.


SON XƏBƏRLƏR


Yuxarı