2020-07-31 13:51

Daha bir ölkədə koronavirusa rekord yoluxma

Hindistanda ardıcıl ikinci gündür ki, koronavirusa yoluxma sayında rekord artım qeydə alınır.

TASS ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bir gün ərzində yoluxma sayı 55 078 olub.

Bundan əvvəl yoluxanların sayında ən böyük artım 27 iyulda qeydə alınıb – 49 931.

Ölkədə ölənlərin sayı 24 saat ərzində 779 artaraq, 35 747-yə çatıb. ABŞ-ın Cons Hopkins Universitetinin hesablamalarına görə, ölənlərin sayına görə Hindistan İtaliyanı qabaqlayıb (35 132) və bu göstərici ilə ABŞ, Braziliya, Böyük Britaniyadan sonra beşinci yerə çıxıb.

Hindistan dünyada koronavirusa yoluxma sayına görə ABŞ və Braziliyadan sonra üçüncü yerdədir.

Hazırda Hindistanda koronavirus infeksiyası olan 545 318 xəstə müalicə olunur, sağalanların sayı 1 057 805 nəfərdir.
SON XƏBƏRLƏR


Yuxarı