2020-07-31 15:49

Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi koronavirusla bağlı son vəziyyətdən danışdı

"10 günlük missiya Azərbaycanda COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsini, təmasın izlənməsini və test strategiyasının gücləndirilməsini tövsiyə edir”.

Pressa-nın məlumatına görə, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, bu həftə ÜST-ün COVID-19-u ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etməsindən altı ay keçir:

"Bu missiyanın hazırkı zaman çərçivəsində planlaşdırılması Azərbaycanda epidemioloji, kliniki və kommunikasiya nöqteyi-nəzərindən pandemiyaya qarşı mübarizə tədbirlərinə dair aparılan işlərə baxış keçirməyə və gələcək aylarda əldə etdiyimiz biliklərdən necə istifadə edəcəyimizi görməyə imkan verdi”.

O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində qoyulan böyük maliyyə və insan resursları sərmayələrini, epidemioloji nəzarət və ictimai ünsiyyət üçün rəqəmsal vasitələrdən geniş istifadə edilməsini və COVID-19-lu xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər.
SON XƏBƏRLƏR


Yuxarı