2020-08-05 15:22

Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxub, 492 nəfər sağalıb

Azərbaycanda koronavirus infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Pressa-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib, aktiv xəstə sayı 3787-dir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7883, ötən müddət ərzində isə ümumilikdə 759 129 test aparılıb.
SON XƏBƏRLƏR


Yuxarı