2020-08-31 10:05

Gəncə İdman Klubu daha bir yenilik etdi

Qədim və şərəfli tarixini özündə yaşadan, Gəncənin adını daşayan Gəncə İdman Klubu İctimai Birliyinin yeni loqosu və İdman geymini təqdim edib.

Pressa xəbər verir ki, təqdim olunan loqoda Gəncənin tarixi və milli ruhumuzu əks etdirən elementlər cəmləşmişdir.

Gəncə İdman Klubu əminliklə ifadə edir ki, Nizami yurdunun ruhunu özündə yaşadan və milli dəyərlər üzərində formalaşan yeni gənc idmançıları dünya arenasında çox sevindirəcək

Qeyd edək ki, Gəncə İdman Klubunun prezidenti Döyüş Sambosu üzrə dünya və Avropa mükafatçısı, Azərbaycan Respublikasının Döyüş Sambosu üzrə ilk İdman ustası Elvar Osmanovdur.
SON XƏBƏRLƏR


Yuxarı