2020-09-14 16:40

Neftçalada şəhid ailələri üçün yeni evlər tikilir

Prezident İlham Əliyevin tapşrığına uyğun olaraq, şəhid ailələrinə və müharibə əlillərinə ötən illə müqayisədə bu il 60 faizdən çox olmaqla 1500 mənzil və fərdi evin verilməsi üçün işlər aparılır.

Həmçinin respublikanın bölgələrində 800 fərdi yaşayış evinin ilin sonunadək şəhid ailələrinin və müharibə əlillərinin istifadəsinə verilməsi nəzərdə tutulub. Bu görülən işlərin davamı olaraq Neftçala rayonunda bu ilin sonunadək Azərbaycan Respublikasının müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş şəhid ailələri və öz sağlamlıqlarını itirmiş müharibə əlilləri üçün müasir tələblərə uyğun 2 və 3 otaqdan ibarət olmaqla 18 fərdi yaşayış evinin tikintisinə başlanılıb. Hal-hazırda tikinti işləri davam etdirilir və işlərinin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, ölkə üzrə 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 939 ədəd mənzil və fərdi ev verilib.
SON XƏBƏRLƏR


Yuxarı