2020-09-18 10:30

Avropa Liqası: Təxirə salınan matçın vaxtı bəlli oldu

Avropa Liqasının II təsnifat mərhələsində təxirə salınmış Latviyanın "Riqa" və San-Marinonun "Tre Fiori" komandaları arasındakı matçın yeni vaxtını açıqlanıb. 

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. 

Cütün qalibi III təsnifat mərhələsində Şotlandiyanın "Seltik” komandası ilə üz-üzə gəlməlidir. Həmin cüt isə pley-offda Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqiblərindən biri olacaq. 

Qeyd edək ki, "Riqa” - "Tre Fiori” oyunu güclü külək səbəbindən 8-ci dəqiqədə dayandırılıb. İlk olaraq işıqlar sönüb, daha sonra isə projektor qırılıb və onun şüşələri ehtiyat oyunçular skamyasına düşüb.
SON XƏBƏRLƏR


Yuxarı