2020-09-22 11:47

Bakı metrosunda bəzi qatarlar gecikmə ilə hərəkət edir

"Bakı Metropoliteni" QSC-nin "Nəriman Nərimanov” və "Ulduz” stansiyaları arasında qatarların hərəkətini tənzimləyən işıqforda baş vermiş nasazlığa görə, hazırda hərəkətdə gecikmələr müşahidə olunur.

Bu barədə "Report”a qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, bəzi qatarların gecikməsi 2-3 dəqiqəyə çatır, əksər qatarlar isə interval göstəricisinə uyğun hərəkət edir. 
SON XƏBƏRLƏR


Yuxarı