2020-09-24 13:37

Qohumları Həbib Nurməhəmmədovun döyüşünə buraxılmadı

Qohumları Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun ABŞ təmsilçisi Castin Geyci ilə döyüşündə iştirak edə bilməyəcəklər.

"Report"un məlumatına görə, bu barədə 32 yaşlı idmançının meneceri Rizvan Maqomedov TASS-a açıqlamasında deyib.

O bildirib ki, turnir azarkeşsiz keçiriləcəyindən, görüşlərə əlavə şəxslər buraxılmayacaq. Menecer hazırda təhlükəsizliyin prioritet olduğunu söyləyib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Geyci arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Döyüş adası"nda UFC 254 turniri zamanı gerçəkləşəcək.
SON XƏBƏRLƏR


Yuxarı