2020-09-24 13:38

"Çelsi" yeni transferi ilə 5 illik müqavilə imzaladı

İngiltərənin "Çelsi" klubu yeni transferini açıqlayıb. 

"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "zadəganlar" Fransa "Renn"inin qapıçısı Eduard Mendini heyətinə qatıb. 

28 yaşlı seneqallı qolkiperlə 5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Seneqal millisinin də formasını geyinən Eduard Mendi 2019-cu ildən "Renn"də çıxış edib. 
SON XƏBƏRLƏR


Yuxarı