2021-04-14 13:00

İcbari tibbi sığortanın tətbiqinə münasibət necədir? - SORĞU

Media Təhlil Mərkəzi (MTM) icbari tibbi sığorta ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədilə 2-6 aprel tarixlərində sorğu keçirib. Sorğuda iştirak edən 679 respondentin 48 faizini qadınlar, 52 faizini kişilər təşkil edib.

Pressa bildirir ki, respondentlərin 16,2%-i icbari tibbi sığorta xidmətlərindən istifadə etdiyini, 83,8%-i isə sözügedən xidmətdən yararlanmadığını bildirib.

Sorğu iştirakçılarının 31,8%-i hesab edir ki, icbari tibbi sığortanın tətbiqi tibbi xidmətləri bütün vətəndaşlar üçün əlçatan edəcək. Cavab verənlərin 10,6%-i düşünür ki, icbari sığorta sisteminin tətbiqi nəticəsində bütün vətəndaşlar tibbi xidmətlərdən bərabər formada təmin olunacaq. Respondentlərin 15%-i şərtlərdən tam razılığını bildirir, 41,8%-i isə icbari tibbi sığorta sistemin tətbiqinin qeyri-rəsmi ödənişlərin qarşısını alacağına ümid edir

Respondentlər icbari tibbi sığorta sisteminin müəyyən tibbi xidmətləri qarşılaması ilə bağlı müxtəlif seçim variantlarından ibarət olan sualı da cavablandırıblar. Burada iştirakçıların bir neçə cavab variantını seçməyə imkanı olub. Nəticələr aşağıdakı kimidir:
Ağır cərrahiyyə əməliyyatları 55,1%;

18 yaşdan yuxarı şəxslərin müraciəti əsasında profilaktik tibbi müayinələrin aparılması 45,5%;
KT və MRT xidmətləri 42,7%;
Stomotoloji xidmət 36,5%;
Hamiləlik və doğuş zamanı həyata keçirilən müayinə və müalicə 34,3%;
USM və rentgenoqrafiya xidmətləri 33,6%;
Şəhərdən kənara təcili yardım heyətinin çağırılması 23,4%;
Fizioteraopiya xidməti 20,2%;
İnvaziv radioloji xidmətlər(angioqrafiya) 11,6%;

Sorğu iştirakçıları regionlarda yaşayan vətəndaşların icbari tibbi sığorta xidmətlərindən Bakıda da faydalanmaq imkanına malik olmasına münasibət bildiriblər.

Belə ki, respondentlərin 57,7%-i bu imkanı müsbət qarşılayıb. Yalnız 4,3%-i isə bunu düzgün hesab etməyib.

Cavab verənlərin 38%-i isə hesab edir ki, regionda yaşayan şəxslər yalnız müalicə və müayinəsinin Bakıda mümkün olduğu zaman paytaxt həkimlərinə müraciət etməlidirlər.
SON XƏBƏRLƏR


Yuxarı