2021-04-16 15:54

İstiqraz sahiblərinin NƏZƏRİNƏ!

Yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 2021-ci ilin ikinci, ümumilikdə isə 18-ci faiz ödənişi nəticəsində növbəti dəfə sahiblərinə 1 milyon 250 min dollarlıq gəlir gətirəcək.

"SOCAR Capital” şirkətindən Pressa-ya verilən məlumata əsasən, nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5 faiz olan və faizləri rüblük qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 19 aprel tarixində istiqraz sahiblərinin hesablarına köçürüləcək.

Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 22 milyon 500 min dollara yüksəlmiş olacaq (toplamda 25 milyon dollar).

Təkrar bazar əməliyyatları həcminin 200 milyon dollara çatması, bağlanmış əqd sayının 2 400-ü ötməsi və Bakı Fond Birjasında ən çox tədavül olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir.

1 və 5 saylı "ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının 2021-ci ilin ilk rübü üzrə ölkənin korporativ istiqraz bazarındakı payı 62 faiz təşkil edib.

Qeyd edilib ki, SOCAR İstiqrazlarının növbəti kupon ödənişi cari ilin 17 iyul tarixində baş tutacaq.

SON XƏBƏRLƏR


Yuxarı