2021-04-26 11:21

Vəzifəsindən ayrılan generaldan -AÇIQLAMA

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev təqaüdə göndərilib.

General-mayor Rasim Əliyev təqaüdə çıxması ilə bağlı Unikal.org-a danışıb:

"Təbii ki, bir az istirahət edəcəm. Pensiya yaşından üç ildən artıq xidmət eləmişəm. Mən cənab Prezidentin əsgəriyəm. Gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı əlimdən nə gəlirsə, imkanım nəyə çatırsa, xalqımın, dövlətimin yanındayam”.
SON XƏBƏRLƏR


Yuxarı