2021-04-26 17:51

Deputatın anasının məzarından 2 500 manatlıq çələng oğurlandı

Deputat Ağalar Vəliyevin anasının məzarı üzərindən çələng oğurlanıb.

"Qafqazinfo” xəbər verir ki, bununla bağlı millət vəkilinin ailə üzvləri polisə müraciət edərək məlumat veriblər.

A.Vəliyevin ötən ilin sentyabr ayında vəfat edən və Yasamal qəbiristanlığında dəfn edilən anası Qaragöz xanımın məzarı üzərindən 2 500 manat dəyərində çələng və güllər oğurlanıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
SON XƏBƏRLƏR


Yuxarı