2021-04-28 11:45

Bakıda avtobusların sayı artırılacaq - RƏSMİ

2020-ci ildə Bakı şəhərində 119 avtobus yenilənib. Onlardan 115-i dövlət, dörd ədədi özəl şirkətlər tərəfindən edilib. 

Pressa xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. 

O bildirib ki, hər il Bakı şəhərinə 300 yeni avtobus gətirilir:

"Ümumilikdə, 2015-ci ildən bu günə qədər 968 avtobus yenilənib. Bunun 764 ədədi dövlət, 244 ədədi özəl şirkətlər tərəfindən edilib. Avtobus parkının bu günə qədər 46 faizi yenilənib. Bunun isə 74 faizi CNG yanacağı ilə işləyir.

2025-ci ilə qədər qarşıya qoyulan hədəflərdə ictimai nəqliyyatın sayının artırılması nəzərdə tutulur”. 

V.Kərimli qeyd edib ki, yeni avtobuslarla gündəlik orta hesabla 630 mindən çox sərnişin daşınır.

O bildirib ki, 2020-ci ildə metronun bağlanması ilə avtobuslara tələb çoxalıb.

V.Kərimli əlavə edib ki, daha 320 avtobusun ölkəyə gətirilməsi nəzərdə tutulub ki, bunlardan bəziləri 9 metrlik, bəziləri 18 metrlik olacaq: 

"Həmin avtobuslar qəsəbələrarası daşımlarda istifadə olunacaq”.
SON XƏBƏRLƏR


Yuxarı