2021-05-03 12:47

Odlar Yurdu Universitetində "Mən Qarabağam!" adlı sərgi keçiriləcək

Odlar Yurdu Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 16 mart 2021-ci il tarixində start götürən "Mən Qarabağam!” adlı yaradıcılıq layihəsinin yekunu olaraq 6 may 2021-ci il tarixində saat 11:00-da sərginin açılış mərasimi keçiriləcək. 

Bu barədə Pressa-ya universitetin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

Tədbir zamanı sərgi iştirakçıları təqdim olunan işlərlə tanış olacaq və sonda komandalar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq. Sərgi 10 may tarixinədək ziyarətçilər üçün açıq olacaq.

Qeyd edək ki, tədbirdə pandemiya şəraitinə uyğun olaraq həyata keçiriləcək.
SON XƏBƏRLƏR


Yuxarı