Pressa.az » İdman » VI İslam Həmrəyliyi Oyunları: Azərbaycanın boks millisinin heyəti açıqlandı

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycanın boks millisinin heyəti açıqlandı

03 noyabr 2025, Bazar ertəsi, 16:58
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycanın boks millisinin heyəti açıqlandı

Noyabrın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları start götürəcək.

Liderxeber.az xəbər verir ki, 15 gün davam edəcək yarışda Azərbaycan boksçuları da mübarizə aparacaqlar.

Baş məşqçi Ravşan Xocayevlə məşqçi Nəriman Abdullayev İslamiadada Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərova (80 kq) şans verəcəklər.

Qadınlardan ibarət milli isə baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında çıxış edəcək. Ər-Riyadda Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyeva (65 kq) rinqə çıxacaqlar.

Qeyd edək ki, İslamiadada boks yarışları rəsmi açılış mərasimindən öncə başlayacaq. Noyabrın 5-də start götürəcək döyüşlər beş gün sonra yekunlaşacaq.